Another advertisement
Avqust ayında Gürcüstanda ən çox xiyar və kivinin qiyməti bahalaşıb, göyərti və kələm isə ucuzlaşıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Verilən məlumata əsasən, cari ilin iyul ayı ilə müqayisədə avqust ayında istehlak qiymətləri 0,1% azalıb.
Avqust ayında ən çox bahalaşan məhsulların siyahısı –
Xiyar – 65,6%
Kivi – 59,6%
Sarımsaq – 45,5%
Çuğundur – 25%
Mandarin – 23,4%
Badımcan – 22,2%
Ən çox ucuzlaşan məhsullar isə:
Göyərti – 42%
Kələm – 44,1%
Qarpız – 33%.