Avçala qəsəbəsində 13 yaşlı uşaq liftin şaxtasına düşüb. Əldə olan məlumata görə, qəza “Titanik” adı ilə tanınan korpusda baş verib.
Yeniyetmə İaşvili Klinikasına çatdırılsa da, uşağı xilas etmək mümkün olmayıb. Klinikada yeniyetmənin ölüm faktı təsdiqlənib.
Məlumat üçün bildirək ki, “Titanik” binası doqquz mərtəbəli qəzalı yaşayış binasıdır. Məlum olduğu kimi, illər əvvəl binanın bünövrəsi qrunt sularından xarab olmuş, nəticədə binanın bir hissəsi yarıya bölünmüş, giriş hissəsi dağılmışdır. Mətbuatın yazdığına görə, bina sakinləri illərdir kömək istəyirlər.