Another advertisement
İşğal altındakı Suxumidə atışma nəticəsində 3 nəfər dünyasını dəyişib.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Exo Caucasus” məlumat yayıb.
KİV-in verdiyi məlumata görə, atışma işğal altında olan Suxuminin mərkəzində yerləşən “Biscuit” kafesində baş verib.
İşğal olunmuş Abxaziya Səhiyyə Nazirliyindən verilən məlumata görə, atışma nəticəsində yaralanan 3 nəfər xəstəxanaya çatdırılsa da, güllə yaralarının həyati təhlükəsi olduğundan onları xilas etmək mümkün olmayıb.
Şübhəli hadisə yerindən qaçıb, ancaq polis onun şəxsiyyətini müəyyən edib və həbs edə bilib.