Another advertisement
Tbilisidə səfərdə olan ATƏT PA sədri Pia Kauma Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
QafqazTürk xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.
Bildirilib ki, görüş zamanı 2024-cü ildə Gürcüstanda keçiriləcək parlament seçkiləri, həmçinin, regiondakı vəziyyət müzakirə edilib.
Məlumatda qeyd olunub ki, Baş nazir Qaribaşvili Gürcüstanın qonşuları arasında kommunikasiyanın təşviq edilməsi və regionda sabitlik məqsədilə konkret addımlar atdığını deyib.
O əlavə edib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin gücləndirilməsinə töhfə verməyə sadiq qalır.Görüşdə Gürcüstanın işğal altındakı bölgələrindəki vəziyyətə də toxunulub.