This is a specific ad

Atasını öldürən şəxsə qarşı cinayət təqibi dayandırılıb

62

Another advertisement

Qldanidə atasını qətlə yetirdiyinə görə həbs edilən 26 yaşlı Rezi Qamxitaşvili qarşı cinayət təqibi Psixiatrik ekspertizanın rəyinə əsasən dayandırılıb.

QafqazTürk Media xəbər verir ki, məhkəmənin qərarına əsasən, Qamxitaşvili tam sağalana qədər psixiatriya müəssisəsində müalicə alacaq.

Təqsirləndirilən şəxsin vəkili Tariel Kakabadze bildirib ki, Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosunun verdiyi rəyə əsasən, Qamxitaşvilinin cinayəti törətdiyi vaxt özündə olmayıb.

“Təqsirləndirilən şəxs səhhətinə görə əməlini dərk edə bilməyib. Mən gözləyirdim ki, ekspertiza təqsirləndirilən şəxsin cinayət törətdiyinə görə təqsirli olduğunu müəyyən edəcək. Belə vəziyyətdə olan adamı uzun illər həbsxanaya salmaq əvəzinə sağaltmaq lazımdır. Qeyd edək ki, ittiham tərəfi vəziyyətlə tanış olduqdan sonra iş üzrə qanuni qərarın çıxarılması üçün hər şeyi edib. Ümid edirəm ki, Qamxitaşvili effektiv müalicə olunacaq və tezliklə sağalacaq. Bu cinayətə görə Qamxitaşviliyə 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulurdu”, – Kakabadze bildirib.

Məlumat üçün bildirək ki, qətl bu il fevralın 23-də Qldanidə baş verib. İstintaqın məlumatına görə, 26 yaşlı Rezi Qamxitaşvili  50 yaşlı atası Qela Qamxitaşvilini  bıçaqla qətlə yetirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən isti izlərlə həbs edilib.

Qamxitaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci maddəsinin Prima 109-un “K” bəndi (ailə üzvünə qarşı qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb və bu, 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tuturdu.

Kateqoriya: Cinayət
Sonrakı yazı
მარნეულის მუნიციპალიტეტის საკრებულოს თავმჯდომარემ ამირან გიორგაძემ, ახალგაზრდული საბჭოს საგანმანათლებლო-შემეცნებით ტურში მიიღო მონაწილეობა
Öncəki yazı
Xüsusi İstintaq Xidmətində pedofiliya və cinsi zorakılığa görə məhkum olunmuş şəxslərin reyestri və monitorinq mexanizmi yaradılacaq