This is a specific ad

Xüsusi İstintaq Xidmətində pedofiliya və cinsi zorakılığa görə məhkum olunmuş şəxslərin reyestri və monitorinq mexanizmi yaradılacaq

57

Another advertisement

Xüsusi İstintaq Xidməti pedofiliya və cinsi zorakılığa görə məhkum olunmuş şəxslərin qeydiyyata alınacağı, hüquqlarının məhdudlaşdırılacağı və onlara nəzarətin həyata keçiriləcəyi elektron reyestr yaradacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Xüsusi İstintaq Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, sözügedən təşəbbüs uşaq və yeniyetmələr üçün təhlükəsiz mühitin yaradılması, internet məkanında pedofiliya, cinsi zorakılıq və şəxsi həyat görüntüləri ilə şantaj hallarının qarşısının alınması məqsədi daşıyır.

Məlumata görə, Xüsusi İstintaq Xidmətinin rəhbəri Koka Katsitadze müavinlər Qiorqi Kvaratsxeliya və Natia Sonğulaşvili ilə birlikdə istintaq idarəsinin rəhbərləri ilə görüş keçirib, pedofiliya, cinsi zorakılıq və bununla bağlı çağırışlar barədə danışıb.

Görüşdə Analitik Departament tərəfindən hazırlanmış reyestr və monitorinq mexanizmi layihəsi müzakirə edilib, bununla əlaqədar olaraq Xidmət müvafiq qanunvericilik dəyişikliklərinin həyata keçirilməsi məqsədilə Gürcüstan parlamenti ilə fəal əməkdaşlığı planlaşdırır.

Bildirilir ki, Qanunvericiliyə edilən dəyişikliklər, reyestrin həyata keçirilməsi və monitorinqlərin nəticələri ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumatlar çatdırılır, bununla paralel olaraq Xüsusi İstintaq Xidməti tərəfindən cinayətlərin qarşısının alınması məqsədilə məktəblərdə və təhsil müəssisələrində uşaq və yeniyetmələrlə məlumat xarakterli görüşlər fəal şəkildə davam etdirilir.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Atasını öldürən şəxsə qarşı cinayət təqibi dayandırılıb
Öncəki yazı
Türkiyə BRİCS-ə qoşulur