Another advertisement
Atəşkəs razılaşmasının icrasından sonra Qəzza zolağında minlərlə məcburi köçkün öz evlərinə qayıtmağa başlayıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.
Nəşrin verdiyi məlumata görə, avtomobillərin və insanların uzun növbələrini əks etdirən fotolar yayılır.
BMT-nin Fələstinli Qaçqınlar Agentliyi atəşkəs razılaşmasına əsasən, ərzaqla dolu minlərlə yük maşınının Qəzzaya girmək üçün gözlədiyini bildirib.
“Yardımla yüklənmiş 4000 yük maşını Qəzzaya girməyə hazırdır – onların yarısı ərzaq və unla yüklənmişdir”, – agentliyin açıqlamasında deyilir.