This is a specific ad

Aşura günündə məhbuslara qidaların göndərilməsi mümkün olacaq

56

Another advertisement

Ümumgürcüstan Müsəlmanları İdarəsi Qurban və Ramazan bayramlarında olduğu kimi, bu ildən etibarən əlavə olaraq Aşura günü ilə əlaqədar müsəlman məhbuslar üçün ehsan məqsədilə yeməklərin qəbulu ilə əlaqədar xüsusi penitensiar xidmətə müraciət edib.

QafqazTürk.com xəbər verir ki, sözügedən aidiyyatı qurum Müsəlmanlar İdarəsinin müraciətinə müsbət cavab verərək öz səlahiyyətləri daxilində mövcud qanunvericiliyə uyğun olaraq 28 və 31 iyul tarixlərində aşağıda göstərilən ərzaq məhsullarının cəzaçəkmə müəssisələrinə buraxılmasına icazə verib.

Məhərrəm ayı ilə əlaqədar icazə verilən qidaların siyahısı:

  1. Soyutma ət – 3 kq.
  2. Plov – 2 kq.
  3. Pendir – 2 kq.
  4. Üzüm qurusu əlavə olunmuş tort-keks.
  5. Qızardılmış və soyutma toyuq əti.
  6. Xiyar-pomidor 3 – kq.
  7. Meyvə – 5 kq.
Kateqoriya: Din
Sonrakı yazı
რამდენი მაგნიტუდა შეადგინა სიმძლავრემ და სად დაფიქსირდა ეპიცენტრი
Öncəki yazı
მარნეულში ტასუას მსვლელობა გაიმართა