This is a specific ad

Astronomlar yeni ekzoplanet kəşf ediblər

266

Another advertisement

Polşanın Torun şəhərindəki Nikolay Kopernik Universitetinin astronomları Böyük Ayı bürcündə yeni ekzoplanet kəşf ediblər.

QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.

Mütəxəssislərin fikrincə, bu yeni göy cismi Günəş sistemindəki ən böyük obyektlərdən xeyli böyükdür.

Qeyd olunub ki, ekzoplanetin kütləsi Yupiterin kütləsindən 11 dəfə böyükdür və o, 14 il ərzində ulduzun ətrafında tam dövrə vurur. O, öz ulduzundan altı astronomik vahid məsafədə yerləşir və temperaturu təxminən mənfi 100 dərəcədir. Astronomlar planetin cazibə qüvvəsinin təsiri altında ulduzun hərəkətindəki dəyişiklikləri qeydə alan Doppler müşahidə metodundan istifadə ediblər.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Şokolad sevənlərə bəd xəbər: Kakaonun qiymətində kəskin artım müşahidə olunur
Öncəki yazı
Polşada daşqın: iki şəhərin sakinləri təxliyə edilir