This is a specific ad

“Assosiasiya Sazişinə əsaslanan islahatlar Gürcüstanın Avropa ailəsinin tamhüquqlu üzvü olması üçün mühüm addımdır”

64

Another advertisement

Avropa İttifaqı ilə Gürcüstan arasında assosiasiya sazişinə əsaslanan islahatlar Gürcüstanın Avropa ailəsinin tamhüquqlu üzvü olması üçün mühüm addımdır, Aİ-nin Gürcüstandakı nümayəndəliyi öz Facebook səhifəsində yazır.
QafqazTürk.com xəbər verir ki,Aİ nümayəndəliyinin yaydığı mətndə qeyd edildiyi kimi, assosiasiya sazişindən doqquz il keçir və Gürcüstan bu gün münasibətilə təbrik edilir.
“Bu gün Avropa İttifaqı ilə Gürcüstan arasında Assosiasiya Sazişinin imzalanmasından 9 il keçir. Assosiasiya müqaviləsi tərəfdaşlar arasında əlaqəni gücləndirən bir mərhələdir. Sözügedən sazişə əsaslanan islahatlar Gürcüstanın Avropa ailəsinin tamhüquqlu üzvü olması üçün mühüm addımdır. Biz Gürcüstanı bu xüsusi gün münasibətilə təbrik edirik”, – Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Sameqreloda fəlakət – 12 ailənin xarici dünya ilə əlaqəsi kəsilib
Öncəki yazı
Aİ COVID-19 sertifikatlarını qlobal sağlamlıq sertifikatlarına çevirmək istəyir