This is a specific ad

“Aslan Bjaniya və onu müşayiət edənlər yaxın günlərdə gözlənilən nəticələrə görə tam məsuliyyət daşıyırlar”-Adqur Ardzinba

252

Another advertisement

İşğal olunmuş Abxaziya müxalifətinin liderlərindən biri Adqur Ardzinba işğalçı hakimiyyətə müraciət edərək onları “insanları parçalayan, ictimaiyyəti həyəcanlandıran bütün aktual məsələləri növbəti prezident seçkilərinə qədər təxirə salmağa” çağırıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı “Respublika” Teleqram kanalı yayıb.

“Biz hökuməti insanları bir-birindən ayıran, ictimaiyyəti həyəcanlandıran bütün cari məsələləri bir neçə aydan sonra keçiriləcək prezident seçkilərinə qədər təxirə salmağa çağırırıq. Hökumət bununla razılaşmasa, yaxın günlərdə gözlənilən nəticələrə görə bütün məsuliyyət Abxaziya prezidenti Aslan Bjaniya və onun ətrafının üzərinə düşəcək”, – deyə Ardzinba bildirib.

O, “güc strukturları”na da müdrikliyi və təmkinliyi qorumaqları üçün müraciət edib.

“Məqsədi xalqın hesabına varlanmaq olan hakimiyyətin əlində sizdən alət kimi istifadə etmələrinə imkan verməyin. Unutmayın ki, siz prezidentə, Aslan Bjaniya və onun oliqarxlarına deyil, vətənimizə and içmisiniz. “Sizin sədaqətiniz ölkənin və xalqın maraqlarını qorumağa yönəlməlidir,  öz mənafeyi üçün ümumi rifahı qurban verməyə hazır olan dar bir qrupa dəstək olmalı deyil ”, – Ardzinba bildirib.

Onun sözlərinə görə, “Abxaziya hökumətinin hərəkətləri, fəalların vəhşicəsinə həbsi ictimai-siyasi vəziyyəti kəskin şəkildə gərginləşdirib.

Bu gün  işğal olunmuş Abxaziya Parlamenti “Çoxfunksiyalı komplekslərin hüquqi statusunun tənzimlənməsi haqqında” qanun layihəsini ratifikasiya etməyi planlaşdırır.

Sözügedən proses Abxaziyada səs-küy və mübahisələrlə müşayiət olunur. Yerli müxalifət Rusiya-Abxaziya investisiya sazişinin parlamentdə ratifikasiyası məsələsinin müzakirəsi ilə paralel olaraq mitinq keçirməyi planlaşdırır.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Türkiyədə zəlzələ qeydə alınıb
Öncəki yazı
Suxumi hava limanında ilk texniki uçuşlar həyata keçirilir