Aşıq Nurəddin Qasımlının 85 illik yubileyi – FOTOLAR

15

Ustad Aşıq Nurəddin Qasımlının 85 illik yubileyi qeyd olunub Bu gün Gürcüstan Azərbaycanlıları Konqresinin və “Sazın-Sözün Butası” Birliyinin təşkilatçılığı və Marneuli meriyası, həmçinin “Qafqaz Türk Media”nın dəstəyi ilə ustad sənətkar Aşıq Nurəddin Qasımlının 85 illik yubiley tədbiri keçirilib.

“Qafqaz Türk.com” xəbər verir ki, yubiley tədbiri ustad aşığın doğma kəndi Qasımlıda baş tutub.Tədbirdə Marneuli şəhərinin meri Kənan Ömərov, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və meriya ilə bələdiyyə məclisinin əməkdaşları, Marneuli resurs mərkəzinin rəhbəri Xanəli Qəhrəmanov, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov, Tbilisi, Rustavi, Dmanisi və Bolnisidən, həmçinin digər bölgələrdən İcra hakimiyyəti və Bələdiyyə əməkdaşları, ziyalılar, GAK-ın və “QafqazTürk Media”nın əməkdaşları, kənd əhalisi, Qasımlı kənd məktəbinin pedaqoji kollektivi iştirak etdilər.

Yubiley tədbirinnin təşkilatçısı olan Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxış edərək tədbiri açıq elan etdi. GAK sədri Aşıq Nurəddin Qasımlının həyat yolundan, Gürcüstan aşıq məktəbinin tarixindən, ənənə-estafetin indi etibarlı əllərdə olduğundan, bizdə bu sənətə hörmətdən bəhs edərək iştirakçıları məlumatlandırdı.

Marneuli şəhərinin meri Kənan Ömərovun, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin və iki çağırış Gürcüstan Parlamentinin deputatı Ramiz Bəkirovun çıxışları alqışlarla qarşılandı. Bu isə ustad aşığa dövlətin və xalqın qayğı və məhəbbətinin bariz nümunəsi demək idi.

Bölgələrdən dəvət olunmuş qonaqlar da öz çıxışlarında Aşıq Nurəddin Qasımlının həyatından və yaradıcılığından bəhs edərək onunla əlaqədar xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

Yubiley mərasimində gürcü xalq musiqisinə və rəqslərinə də yer verildi.

Borçalının el aşıqları ustadın sözlərinə bəstələnmiş havaları ifa etdilər.

Tədbirin sonunda aşığın haqqında yazılmış kitab oxuculara hədiyyə olundu.

0
0
Kateqoriya: Ədəbiyyat, Maraqlı
Sonrakı yazı
აშუღ ნურათდინ კასუმლის 85 წლის იუბილე
Öncəki yazı
“ელიავას ბაქტერიოფაგის” ბიოპრეპარატების წარმოების ნაწილი ევროპაში გადადის