Another advertisement
Aşıq məktəbinin görkəmli nümayəndələrindən olan Aşıq Hüseyn Saraçlı 1916-cı ildə anadan olub.
Aşıq Hüseyn Saraçlı həm də yaradıcı aşıq idi. Dillər əzbəri olmuş şeirlərin, bir neçə dastanın, “Qürbəti-Kərəm”, “Bağdad dübeyti” kimi saz havalarının müəllifi olan Aşıq Hüseyn Saraçlının çıxışları neçə-neçə bədii və sənədli filmin, televiziya verlişlərinin yaraşığı olmuşdur.
“Tütək səsi” filmində çaldığı “Ruhani” havası isə tamaşaçını əfsunlayan möhtəşəm bir sənət nümunəsi kimi əbədi yaşam qazanmışdır.
Gürcüstan mədəniyyətinin əməkdar xadimi adına layiq görülmüş Aşıq Hüseyn Saraçlı 1987-ci ildə 71 yaşında vəfat edib.Məzarı Mamxuti (Saraçlı) qəbristanlığındadır. Doğma kəndində aşığın büstü qoyulmuşdur