Arxiyepiskop: Kilsə həmişə gürcü xalqının yanındadır

233

Another advertisement

“Mən Prezidentə, müxalifətdən olan qadınlara, etiraz aksiyası keçirmək üçün küçələrə axışan insanlara müraciət edirəm. Bu aksiyalar bizə nə verəcək? Seçkilərdə qalib gələn insanların da səbri daşa bilər, onlar da çox dözümlü deyillər”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Bodbelya arxiyepiskopu Yakob deyib. Onun sözlərinə görə, seçkilərdə qalib gələn xalq da seçimindən əl çəkməyəcək.

“Nə vaxta qədər başqalarının mərhəmətində olmalıyıq? Seçkilərdə iki qüvvə mübarizə aparırdı. Onlardan biri deyirdi ki, arxayın get, iqtisadiyyata, təhsilə bax, harasa girmək vaxtı gələndə minnət qoymadan biz o birliyə daxil olacağıq. İkinci qüvvə isə bizə deyirdi ki, siz bizimlə deyilsinizsə, siz russunuz, qanun və hökumət rusdur, səs verənlər də rusdur. Gürcü xalqı seçim etdi və bu yalana inanmadı.

Mən bilirəm ki, münasibətlər yoluna qoyulacaq. Xalqımız təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Elə məsələlər var ki, onları kompromis yolu ilə həll etmək olur. Ona görə də deyirəm ki, tezliklə aramızda sülh bərqərar olacaq və gəlin elə yaşayaq ki, cəmiyyət parçalanmasın, əksinə birləşsin”, – deyə arxiyepiskop Yakob vurğulayıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Tünd şokoladın 4 heyrətamiz sağlamlıq faydası
Öncəki yazı
Baş nazir: Qanunun Avropa ruhuna uyğun olmadığı sübut olunarsa, yenidən baxmağa hazırıq