This is a specific ad

Artıq “WhatsApp” vasitəsilə pul qazanmaq mümkün olacaq

268

Another advertisement

Whatsapp”a yeni gələn xüsusiyyət sayəsində istifadəçilər artıq öz qruplarından pul qazanmaq imkanı əldə edəcəklər.

QafqazTürk Media xəbər verir ki, “WhatsApp”ın beta versiyasında sınaqdan keçirilən yeni funksiya ilə istifadəçilər artıq qurduqları qrupları digər istifadəçilərə sata biləcəklər.

İstifadəçilərə böyütdükləri qrupları başqa insanlara ötürməyə imkan verəcək bu funksiya sayəsində istifadəçilər gəlir qazana biləcəklər.

Məlumat üçün bildirək ki, Beta versiyasının skrinşotlarına görə, qrupun admini icmanı başqa istifadəçiyə köçürmək qərarına gəldikdə, köhnə admin köçürmə prosesi zamanı admin vəzifəsində qalmağa davam edəcək. Yeni menecer transfer prosesini başa vurduqdan sonra köhnə menecerləri idarəçilik vəzifələrindən uzaqlaşdıra biləcək.

Qeyd edək ki, bu proses bütün tərəflər arasında  razılaşmalar çərçivəsində həyata keçiriləcək.

Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
“Gürcü Arzusu”nun təmsilçisi Dmanisi bələdiyyəsində yerli əhali ilə görüşüb
Öncəki yazı
17 Sentyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı