Armen Qriqoryan Gürcüstan parlamentinin sədri ilə görüşüb

56

Another advertisement

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Gürcüstana səfərə gedib.

QafqazTürk.com xəbər verir ki, Armen Qriqoryan səfər çərçivəsində Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.

Gürcüstan DİN-in məlumatına görə, tərəflər regiondakı cari hadisələri, həmçinin təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

“Vaxtanq Qomelauri və Armen Qriqoryan iki ölkənin müvafiq strukturları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini də müzakirə ediblər. Görüş çərçivəsində Cənubi Qafqaz regionunun davamlı inkişafı üçün sülh və əməkdaşlığın vacibliyi vurğulanıb”, – məlumatda bildirilib.

Armen Qriqoryan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə də görüşüb. Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişinin əldə olunmasının vacibliyi vurğulanıb.

Şalva Papuaşvili Gürcüstanın regional sülhü təşviq etməyə hər zaman hazır olacağını vurğulayıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
“Vahid Milli Hərəkat”ın siyasi şurasına 20 nəfər əlavə edilib
Öncəki yazı
Dünya bazarında qızılın qiyməti son 6 ayın ən yüksək həddindədir