İtalyan modelyer və işadamı Corco Armani 92 yaşında vəfat edib.
Qafqaztürk media xəbər verir ki, bu barədə onun təsis etdiyi şirkət məlumat yayıb.
Armani iyunda səhhətindəki problemlərə görə Milandakı Kişi Moda Həftəsində öz brendinin nümayişində iştirakdan imtina etməli olmuşdu. O, karyerasında ilk dəfə idi belə bir tədbirə qatılmırdı.
“Reuters” yazır ki, Armani müasir italyan dəbi və zərifliyinin təcəssümü idi. O, illik dövriyyəsi 2,3 milyard avro olan şirkətə rəhbərlik edirdi.
“Armani Group” bildirir ki, şənbə və bazar günləri Milanda vida mərasimi təşkil olunacaq. Dəfn mərasiminin tarixi hələ dəqiqləşməyib və ictimaiyyət üçün qapalı olacaq.