This is a specific ad

Argentinada sahibkar 100 pinqvinin ölümündə təqsirli bilinib

248

Another advertisement

Argentinanın Roson şəhər Məhkəməsi sahibkarı pinqvinlərin yuva qurduğu ərazidə ağır texnika ilə hərəkət edərək ekoloji zərər vurmaqda təqsirli bilib.

QafqazTürk Media bu barədə xarici mətbuata istinadən xəbər verir.

İstintaq müəyyən edib ki, La-Rexin 2021-ci ildə Punta-Tombo qoruğu zonasının yaxınlığında yerləşən öz ərazisi üçün yol və hasar inşa etmək məqsədilə pinqvinlərin yuva qurduğu ərazidən ağır texnika ilə keçib. Qəzetin məlumatına görə, sahibkarın hərəkətləri nəticəsində 100-dən çox pingvin ölüb və 300-ə yaxın yuva dağılıb. Nəşr, bu işin Latın Amerikasında ekosid üzrə ilk hökm çıxarılan məhkəmə işi olduğunu qeyd edir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Amsterdamda İsrail futbol komandasının azarkeşlərinə hücum-Yaralılar var
Öncəki yazı
Donald Tramp Vladimir Putinlə danışıq aparmağı barədə: Düşünürəm ki, danışacağıq!