This is a specific ad

Arçil Talakvadze: “Biz artıq bir-birimizlə sanksiya dilində danışırıq”

87

Another advertisement

“Təəssüf ki, stratejik münasibətlərimiz o həddə çatıb ki, biz bir-birimizlə sanksiya dilində danışırıq. Mən Gürcüstan və Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Siz bilirsiniz ki, məhkəmə də digər demokratik institutlar kimi obyektiv meyarlarla qiymətləndirilir”.

QafqazTürk xəbər verir ki, bunu Arçil Talakvadze deyib.

“Bu gün 4 hakimə sanksiya tətbiq edildi. Bu dörd nəfərdən biri uzun müddətdir məhkəmədə işləməyən cənab Çerçvadzedir. Digər üçü müxtəlif iyerarxik (Red.vəzifələrin bir-birinə tabe olunmuş halında düzülməsi) vəzifədədirlər. Hakimiyyətimiz dövründə məhkəmə sistemi tarazlaşdırılıb. Bu isə o deməkdir ki, vətəndaşlar məhkəmə ilə mübahisədə bərabər şəkildə qalib gələ bilirlər.
Belə bir vasitədən istifadə etmək düzgün deyil. Üstəlik bu, qəti şəkildə qəbuledilməzdir. Ölkələrimiz arasında belə bir strateji tərəfdaşlıq olmasına baxmayaraq, bu üsuldan istifadə etmək ədalətli deyil. Biz bu qərarı istənilən halda çox ciddi qəbul edəcəyik”, – deyə Arçil Talakvadze bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Ucuz qiymətə yuyucu tozları qablaşdıran 3 nəfər saxlanılıb
Öncəki yazı
Ərdoğandan İsrailə sərt xəbərdarlıq