• 22 Fevral 2025 00:24

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Aprelin 2-dən ABŞ-a avtomobil idxalına rüsumlar tətbiq ediləcək

ByTürkan Şahverdova

Fev 16, 2025
Another advertisement

ABŞ prezidenti Donald Tramp avtomobil idxalçılarına neçə faiz rüsum tətbiq ediləcəyini və bu xəbərin hansı ölkələrə təsir edəcəyini açıqlamasa da, aprelin 2-dən etibarən ABŞ-a avtomobil idxalına rüsumların tətbiq ediləcəyini açıqlayıb.

“Mən tarifləri aprelin 1-də elan etməyi planlaşdırırdım, lakin bu tarix “Axmaqlar” günüdür və mən bir az mövhumatçıyam, ona görə də aprelin 2-ni seçdim”- deyib.

Yanvarın 31-də Donald Trump, ABŞ-ın çiplər və onunla əlaqəli məhsulların, həmçinin neft, qaz, polad, alüminium və misin tədarükünə tariflər tətbiq edəcəyini açıqlayıb. Prezident bu tədbirlərin hansı ölkələrin məhsullarına şamil oluna biləcəyini hələ dəqiqləşdirməyib.