2024-cü ilin aprelində əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,3%, illik inflyasiya isə 1,5% təşkil edib. Baza inflyasiyaya gəlincə, 2024-cü ilin aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz, tütünsüz illik baza inflyasiyası da 2,3 faiz müəyyən edilib.
QafqazTürk.com xəbər verir ki,bu barədə Mİlli Statistika Xidməti məluma yayıb.
Məlumatına görə, bu ilin aprel ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə ucuz olan məhsullar arasında soğan, antibiotiklər və qarabaşaq yarması yer alır.
Daha dəqiq desək, ən ucuz 10 məhsulun siyahısını təqdim edirik:
soğan – 39%
Antibiotiklər – 36%
qarabaşaq yarması – 34%
kartof – 30%
Limon – 22%
Televiziya – 21%
günəbaxan yağı – 20,5%
Lampa – 19%
xiyar – 18%
Elektrik kabeli – 17%