Another advertisement
2023-cü ilin aprel ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,7%, illik inflyasiyanın səviyyəsi isə 2,7% təşkil edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Baza inflyasiyasına gəldikdə isə bu göstərici 2023-cü ilin aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% təşkil edib.
Aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə bahalaşan 10 məhsulun siyahısını təqdim edirik:
- Soğan – 92%
- Qarğıdalı unu – 35,4%
- Kartof – 33,7%
- Yaşıl lobya – 33,3%
- Tomat pastası – 30,4%
- Tort – 27,5%
- Xardal – 21%
- Qarpız – 20,6%
- Limon – 19,8%
- mal əti – 18%