Another advertisement
Mərkəzi Antarktidada rus alimləri yeni rekord qeydə alıblar. Yerin ən soyuq nöqtəsində temperatur mənfi 34,2 dərəcəyə çatıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidməti məlumat yayıb.
“Mərkəzi Antarktidadakı “Vostok” stansiyasında 2024-cü il avqustun 6-da termometr mənfi 34,2 dərəcə isti göstərdi”, – tədqiqatçılar bildiriblər.
Qeyd olunub ki, stansiyada temperatur artıq mənfi 48,8-ə düşüb.
Məlumat üçün bildirək ki, tipik olaraq, iyul və avqust ayları Mərkəzi Antarktidada ən soyuq aylardır. Orta hesabla, bütün müşahidə illərində iyulda “Vostok”da temperatur mənfi 66,6 dərəcə, avqustda isə mənfi 67,6 dərəcə olub.