This is a specific ad

Antalyada 3 mindən çox bina su altında qaldı

41

Another advertisement

Antalyada leysan yağışları zamanı 3 min 862 bina su altında qalıb.

QafqazTürk.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, dünən Antalyada başlayan leysan yağışları nəticəsində Antalya Mərkəzi, Kepez, Muratpaşa və Konyaaltı rayonlarında daşqınlar baş verib.

Məlumat üçün bildirək ki, yağışlar səbəbindən 3 min 297 yaşayış yeri, 519 iş yeri və 46 ictimai binanı su basıb.

Bununla yanaşı, daşqınlardan zərər çəkmiş ev və iş yerlərində suyun boşaldılması və təmizlik işlərinin Destek AFAD Könüllüləri, ictimai qurum və təşkilatlar və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
İlham Əliyev: “Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”
Öncəki yazı
ილჰამ ალიევი: “ჩვენი ოჯახი თურქული სამყაროა”