This is a specific ad

Ankarada Rusiya ilə Qərb arasında 26 məhkum şəxs dəyişdirilib

97

Another advertisement

Ankarada Rusiya ilə Qərb arasında 26 məhkum şəxs dəyişdirilib.

Qafqaztürk Media xəbər verir ki, bu barədə Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) məlumat yayıb.

Onların verdiyi məlumata görə, bu, Rusiya ilə Qərb ölkələri arasında “ən genişmiqyaslı” məhbus mübadiləsidir hansı ki,yeddi müxtəlif ölkə çərçivəsində baş tutub.Bura daxildir: ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarusiya.

“Dəyişdirmə əməliyyatı çərçivəsində ikisi uşaq olmaqla 10 məhbus Rusiyaya, 13 məhbus Almaniyaya, üç saxlanılan isə ABŞ-a təhvil verilib”, – məlumatda deyilir.

MİT təsdiq edir ki, Rusiyada saxlanılan Wall Street Journal-ın müxbiri Evan Gerşkoviç, keçmiş dənizçi Pol Uilan, Belarusda saxlanılan Almaniya vətəndaşı Riko Kriger, Rusiyalı müxalifətçi İlya Yaşin və Almaniyada Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilini qətlə yetirməkdə ittiham olunan “Efesbe” zabiti Vadim Krasikov azad edilib.

Türkiyə tərəfi mübadilədə vasitəçi kimi çıxış etdiyini, həmçinin prosesi koordinasiya etdiyini və təhlükəsizliyini təmin etdiyini təsdiqləyir. Onların sözlərinə görə, prosesin son mərhələlərindən biri iyul ayında, Türkiyədə 7 ölkənin nümayəndələrinin görüşü olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
ქვემო ქართლში სახელმწიფო რწმუნებულის, გიორგი დოხტურიშვილის ხელმძღვანელობით, სამხარეო ადმინისტრაციაში, საკონსულტაციო საბჭოს სხდომა გაიმართა
Öncəki yazı
Bidzina İvanişvili koronavirusa yoluxub