Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib – VİDEO

0

Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib, yaralı var.

QafqazTürk.com xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və həkim briqadası gəlib.

Partlayışdan əvvəl atışma olduğu barədə də məlumat yayılıb.

Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mediaya açıqlamasında bildirib ki, bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısında iki terrorçu bombalı hücum həyata keçirib.

Onun sözlərinə görə, hadisə zamanı 2 polis xəsarət alıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstan Azərbaycanlıları Konqresinin BƏYANATI
Öncəki yazı
ანკარის ცენტრში აფეთქება მოხდა