This is a specific ad

Anasını ölümlə hədələyən şəxs Hüquq mühafizəçiləri tərəfindən yaxalanıb

42

Another advertisement

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Şöbəsinin Axmeta ​​rayon bölməsinim əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü şəxsi ailə üzvünə qarşı hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə saxlayıblar.

Qafqaztürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs anası – 1952-ci il təvəllüdlü M.K.-dan Tbilisi və Axmeta şəhərlərində onun adına olan 170 min lari dəyərində yaşayış evlərini öz adına qeydiyyatdan keçirməyi tələb edib. Əks təqdirdə onun sağlamlığına zərər vuracağı və həyatına son qoyacağı ilə hədələyib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən şəxs isti izlərlə saxlanıkıb.

“Ailə üzvünə qarşı külli miqdarda əmlakı əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə və hədələmə faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 181-ci və 151-ci maddəsinin 2-ci bəndi ilə istintaq aparılır”, – deyə Nazirliyin yaydığı məlumatda qeyd olunub.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Პირი, რრომელიც საკუთარ დედას ემუქრებოდა პოლიციამ დააკავა
Öncəki yazı
მარნეულიდან გურიაში ჰუმანიტარული ტვირთი გაიგზავნა