This is a specific ad

ANALARIN NƏZƏRİNƏ! – Süd butulkalarındakı təhlükə

50

Another advertisement

“United Press International”ın xəbərinə görə, İrlandiyada “Trinity College Dublin”də işləyən mütəxəssis Liwen Şiao 10 süd butulkası üzərində araşdırma aparıb.

QafqazTürk.com medicina.az-a istinadən xəbər verir ki, nəticələri “Nature” jurnalında yayımlanan araşdırmada 7 butulkada smes hazırlayarkən istinin təsirindən mikroplastik parçaların ortaya çıxdığı sübut edildi.

Bildirilir ki, butulkanın içərisindəki maye nə qədər isti olarsa, mikroplastik parçalar da o qədər çox artar. Həmçinin, uşaqlar gündə təxminən 1,6 milyon mikroplastik parçalara məruz qalır.

Viyana Tibb Universitetindən Philipp Schwabl isə “Təsbit edilən mikroplastik parçaların sayı çox yüksəkdir. Bu sayın aşağı endirilməsi, uşaqlara və ya ümumi olaraq sağlamlığa təsiri barədə hələki məlumatımız yoxdur”, – deyə əlavə edib.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
“Qarabağ” “Çelsi” və “Qalatasaray”ı qabaqladı
Öncəki yazı
Bir az da poeziya – İlyas Əfəndi