This is a specific ad

Anakliya limanının ilk gəmiləri qəbul edəcəyi vaxt bəlli oldu

249

Another advertisement

Anakliya limanı ilk gəmiləri 2029-cu ildə qəbul edəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə seçki proqramının təqdimatı zamanı “Gürcü arzusu”nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze bildirib.

Baş nazirin qeyd etdiyi kimi, Anakliya layihəsinin yalnız birinci mərhələsində 600 milyon dollar investisiya yatırılacaq.

“Bu layihənin birinci mərhələsi 2029-cu ildə başa çatacaq. Anakliya limanı ilk gəmiləri 2029-cu ildə qəbul edəcək. Bu limanın gücü ildə 600 min konteyner olacaq və təkcə birinci mərhələdə 600 milyon dollar sərmayə qoyulacaq. Bu, əlbəttə ki, iqtisadi artım üçün ən vacib layihədir”, – deyə İrakli Kobaxidze vurğulayıb.

Onun sözlərinə görə, artıq işlərə başlanılıb, Çin-Sinqapur konsorsiumu ilə müqavilə imzalanıb və Belçika şirkəti birbaşa limanın dərinləşdirilməsi üzrə işə başlayacaq.

Onun sözlərinə görə, dəmir yolunun modernləşdirilməsi layihəsi yaxın vaxtlarda başa çatacaq ki, bu da əlaqənin inkişafı üçün vacibdir.

“Götürmə qabiliyyəti 27 milyon tondan 48 milyon tona yüksələcək. Bu layihə həm də tranzit funksiyamızın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”, – İrakli Kobaxidze qeyd edib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
“26 oktyabrda Orbeliani sarayında koordinasiya platforması təşkil olunacaq”-Salome Zurabişvili
Öncəki yazı
“2028-ci ilə qədər iqtisadiyyat 130 milyard lariyə qədər artacaq”- İrakli Kobaxidze