Gürcüstanın dərin dəniz Anaklia limanının investoru Çin şirkətləri konsorsiumu olacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili məlumat verib.
Bundan əvvəl bildirilib ki, İsveçrə-Lüksemburq və Çin-Sinqapur konsorsiumları müsabiqənin ikinci mərhələsində iştirak edəcəklər. Lakin sonda yalnız Çin şirkətləri sənədləri təqdim edib. İnvestor seçimi ilə bağlı qərar yaxın günlərdə rəsmiləşəcək.
Bununla belə, Anaklia limanının tikintisinin əsas investoru 51 faizlə dövlət olacaq. Çin konsorsiumu 49 faiz paya sahib olacaq.
Bundan əlavə, dəniz infrastrukturunun layihələndirilməsi və tikintisi üçün Dünya Bankının satınalma prosedurlarına uyğun olaraq paralel olaraq tender elan edilib. Tenderdə üç şirkət iştirak edir.