Amsterdamda İsrail futbol komandasının azarkeşləri hücuma məruz qalıb, nəticədə 10 nəfər yaralanıb.
QafqazTürk Media xəbər verir ki, Təl-Əvivin “Makkabi” futbol komandasının yüzlərlə azarkeşi Hollandiyanın “Ayaks”ı ilə oyundan sonra stadionu tərk edərkən hücuma məruz qalıb.
İsrailin xarici işlər naziri Qideon Saar 10 mülki şəxsin yaralandığını bildirib və Amsterdamda israillilərə otellərdə qalmağı tövsiyə edib.
İsrail Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, indiyədək 30-a yaxın adam həbs edilib. Agentlik həbsin nə vaxt baş verdiyini və kimin həbs edildiyini açıqlamayıb.
Eyni zamanda, İsrail hökuməti zərər çəkmiş vətəndaşların təxliyəsi üçün Hollandiyaya iki təyyarə göndərdiklərini bildirir.
İsrailin baş naziri Benyamin Netanyahu İsrail vətəndaşlarına kömək etmək üçün dərhal iki xilasedici təyyarənin göndərilməsi əmrini verdiyini açıqlayıb.
O, Hollandiya hakimiyyətini iğtişaşlara qarşı qətiyyətlə və tez hərəkət etməyə və İsrail vətəndaşlarının sülhünü təmin etməyə çağırıb.