This is a specific ad

Amnistiya qanunu çərçivəsində bu gündən əfv olunmuş məhkumlar azadlığa buraxılır

284

Another advertisement

Gürcüstanda qəbul olunan amnistiya qanunu çərçivəsində  əfv olunan məhbuslar bu gündən həbsxanaları tərk etməyə başlayıblar.

QafqazTürk Media xəbər verir ki, məhkum qadınlar üçün keçirilən tədbirdən sonra 25 yaşlı Məryəmə həbsxanadan çıxacağı xəbəri gəlib.

Əfv nəticəsində 5 il gözlədikdən sonra övladlarını ilk dəfə görən Murad Hüseynov da azadlığa çıxıb. Hüseynov kimi 250-dək məhbus həbsxananı vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, amnistiya hakim komandanın təşəbbüsüdür. Şalva Papuaşvilinin sözlərinə görə, Salome Zurabişvili parlamentin təsdiq etdiyi amnistiya aktını vaxtında imzalasaydı, məhkumlar həbsxanaları daha tez tərk edərdilər.

Xatırladaq ki, Parlament sentyabrın 17-də amnistiya haqqında qanunu təsdiqləyib. Amnistiya nəticəsində 1000-dən çox məhbus həbsxananı tərk edəcək, 5000-dən çox məhkumun isə cəza müddəti azaldılacaq. Amnistiya 7 min şərti məhkuma da şamil edilir.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Ələddin müəllimə şəfalar diləyirik!
Öncəki yazı
10 Oktyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı