Parlament 84 səslə “Amnistiya haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
QafqazTürk Media xəbər verir ki, hökumətin təşəbbüsü ilə irəli sürülmüş qanun əsasında amnistiya 5 mindən çox məhbusa şamil olunacaq – onlardan 1000-dən çoxu cəzaçəkmə müəssisəsindən dərhal azad ediləcək, 4 mindən çox məhbusun cəzası isə yüngülləşdiriləcək.
Şərti cəza müddətinin bir illik azaldılması təqribən 22 000 nəfərə təsir edəcək ki, onlardan təxminən 7 000 nəfəri şərti cəzadan azad ediləcək.
Ümumiyyətlə, “Cinayət Məcəlləsi”nin 300-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə cəzadan tam və ya qismən azadetmə şamil ediləcək.
Layihə amnistiyanın aşağıdakı formalarını müəyyən edir:
Məsuliyyətdən və cəzadan tam azad olmaq;
Cəzanın 1/2 hissəsinin azaldılması;
Cəzanın 1/4 hissəsinin azaldılması;
Cəzanın 1/6 nisbətində azaldılması;
Şərti cəza çəkən məhkumları üçün cəza müddətinin bir il azaldılması.
Amnistiya yeniyetmə və qadın məhbuslar üçün daha yüngül tədbirləri nəzərdə tutur. O cümlədən, cəzanın yarıya endirilməsi, ¼ və ya 1/6 azaldılması əvəzinə, cəzanın 2/3, 1/3 və 1/5 nisbətində azaldılması nəzərdə tutulur.
Amnistiya qəsdən adam öldürmə, narkotik alveri, seksual xarakterli cinayətlər, soyğunçuluq, terrorizm, korrupsiya və vəzifə cinayətləri, cinayət aləminə, adi cinayətlərə, bəzi ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil edilməyəcək.