This is a specific ad

Amiran Qiorqadze-2012-ci ildən bəri qərargah sədriyəm bizdə heç vaxt belə yüksək nəticə olmayıb

262

Another advertisement

“Gürcü arzusu” Marneulidə keçirilən parlament seçkilərində demək olar ki, bütün bələdiyyələrdə 80% fərqlə qalib gəlib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Marneulinin bələdiyyə məclisinin sədri Amiran Qiorqadze bildirib.

Qiorqadzenin sözlərinə görə, onlar heç vaxt belə nəticə əldə etməyiblər.

“Seçkiqabağı təşviqat zamanı biz bəyan etmişdik ki, əhalinin görünməmiş dəstəyi hiss olunurdu, bu gün bu, təsdiqini tapıb. Demək olar ki, Marneulinin bütün məntəqələri hesablanıb və “Gürcü arzusu” böyük üstünlüklə qalib gəlib. Mən seçicilərə təşəkkür edirəm. Mən seçki qərargahına rəhbərlik edirəm 2012-ci ildən bəri və bizdə heç vaxt belə nəticə olmayıb, ən yüksək nəticə Marneulidə qeydə alınıb”, – Qiorqadze bildirib.

Sonrakı yazı
Seçki nəticələrindən sonra müxalifət bəyanat yaylb
Öncəki yazı
Parlament deputatı seçki nəticələrindən sonra təəssüratlarını bölüşüb