This is a specific ad

AMİP-in qurucusu- Rusiya səfiri Türkiyəni Azərbaycana görə təhdid etmişdi

290

Another advertisement

“Azərbaycan müstəqilliyini elan etdikdən sonra bəzi dövlətlər bunu tanımaqdan çəkinirdilər. Həmin dövrdə dövlət tərəfindən bu məsələ mənə həvalə olundu. Ali Sovetin adından mən Türkiyəyə göndərildim. Həmin zaman SSRİ mövcud idi, təhlükə qalırdı. Hətta Türkiyənin özündə dövlət müstəqilliyimizin tanınmasında tərəddüdləri olanlar vardı”.

QafqazTürk Media  xəbər verir ki, bunu “TV1”ə açıqlamasında AMİP-in qurucusu və fəxri lideri Etibar Məmmədov deyib.

O qeyd edib ki, həmin vaxt SSRİ-nin Türkiyədəki səfiri Albert Çernışov açıq təhdidlə çıxış etmişdi.

“Siz necə baxarsınız, biz də Kürdüstanın müstəqilliyini tanıyaq? Ancaq buna baxmayaraq o vaxt Türkiyənin Baş naziri Məsud Yılmaz çox cəsarətli addım atdı və noyabr ayının 9-da Azərbaycanın Dövlət Müstəqilliyinin tanınması haqqında qərar verdi. Türkiyə hökuməti həmin tarixdən etibarən Azərbaycanla müttəfiq olacağını bəyan etdi”.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Tea Çulukiani vəzifəsindən istefa verib- Onu Tinatin Ruxadze əvəz edəcək
Öncəki yazı
Papuaşvili: “2030-cu ilə qədər Gürcüstan ilk dəfə olaraq müstəqil enerji ölkəsi olacaq”