This is a specific ad

Amerikalı jurnalist Donald Trampı məhkəməyə verir – Detallar

27

Another advertisement

“Elle” jurnalının keçmiş köşə yazarı Elizabet Jean Carroll Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Trampı ona qarşı cinsi istismarda ittiham edərək, məhkəməyə verir. Jurnalist artıq Nyu-York məhkəməsinə ifadə verib.

Kerolun məhkəmə zamanı qeyd etdiyi kimi, hadisə 1996-cı ildə Manhettendəki mağazalardan birində baş verib. Jurnalist məhkəmə iclasında bildirib ki, Tramp ondan hədiyyə seçməkdə kömək istəyib, bundan sonra mağazanın paltardəyişmə otağına daxil olub və Kerrollun dediyinə görə, ona təcavüz edib.

Donald Trampın özü isə bu ittihamları rədd edir və onların uydurma olduğunu deyir.

“Qışqırmadımı? Şahid yoxdurmu? Heç kim görmədimi?” – Tramp sosial şəbəkədə yazıb.

Donald Trampın məhkəmə qarşısına çıxıb-çıxmayacağı hələlik məlum deyil. Jurnalistin özünə gəlincə, o, ilk dəfə 2019-cu ildə Donald Tramp tərəfindən cinsi istismara məruz qalmasından danışıb.

Qeyd edək ki, Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

Sonrakı yazı
Şoyqu: ABŞ Mərkəzi Asiyada mövcudluğunu bərpa etməyə çalışır
Öncəki yazı
AİHM: Rusiya Gürcüstana təzminat kimi 129 milyon avro ödəməlidir – Detallar