Alyans Gənclər Mərkəzində ödənişsiz kurslara qeydiyyat başlayıb

9

Tbilisidə yerləşən Alyans Gənclər Mərkəzi  aşağıdakı ödənişsiz kurslara qeydiyyat elan edib:

Məktəbəqədər hazırlıq

Gürcü dili

İngilis dili

Rəsm

Dərslər dörd ay müddətində, həftədə üç dəfə, 1 saat olmaqla keçirilir.

Qruplar 10–15 nəfərdən ibarət olur və dərslər mərkəzdə əyani keçirilir.

Davamiyyətə riayət edən və imtahanları uğurla keçən tələbələrə sertifikatlar verilir.

Qeydiyyat üçün tələb olunanlar:

Seçdiyiniz kurs və şəxsiyyətinizi təsdiq edən sənədin surətini (foto) WhatsApp vasitəsilə göndərmək lazımdır:

📞 +995 574 757 577 (WhatsApp)

Ünvan: Tbilisi, Saburtalo rayonu, Kazbeki prospekti 44, Biznes mərkəzi, 6-cı mərtəbə.

Kurslar tamamilə ödənişsizdir.

Kateqoriya: Cəmiyyət, Təhsil
Sonrakı yazı
Gürcüstan Bankı “Qadın Sahibkarların İnkişafı Proqramı”nın 12-ci mərhələsinə start verib
Öncəki yazı
NATO ölkələri yeni qərar qəbul edə bilər