Tbilisidə yerləşən Alyans Gənclər Mərkəzi aşağıdakı ödənişsiz kurslara qeydiyyat elan edib:
Məktəbəqədər hazırlıq
Gürcü dili
İngilis dili
Rəsm
Dərslər dörd ay müddətində, həftədə üç dəfə, 1 saat olmaqla keçirilir.
Qruplar 10–15 nəfərdən ibarət olur və dərslər mərkəzdə əyani keçirilir.
Davamiyyətə riayət edən və imtahanları uğurla keçən tələbələrə sertifikatlar verilir.
Qeydiyyat üçün tələb olunanlar:
Seçdiyiniz kurs və şəxsiyyətinizi təsdiq edən sənədin surətini (foto) WhatsApp vasitəsilə göndərmək lazımdır:
📞 +995 574 757 577 (WhatsApp)
Ünvan: Tbilisi, Saburtalo rayonu, Kazbeki prospekti 44, Biznes mərkəzi, 6-cı mərtəbə.
Kurslar tamamilə ödənişsizdir.