This is a specific ad

Almaniyanın Gürcüstandakı səfirliyi bəyanat yayıb

234

Another advertisement

“Dinc inqilab mümkündür. Berlin divarının yıxılması buna misaldır”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, azadlıq əldə etmək üçün mübarizə lazımdır.

“Onilliklər ərzində Almaniya Demokratik Respublikası öz vətəndaşlarını zülm və zorakılıq sistemində saxlayıb. ADR vətəndaşları cəsarət və öz müqəddəratlarını təyin etmək, azadlıqda yaşamaq istəklərini nümayiş etdirərək Berlin divarının dağıdılmasına nail oldular. Bununla onlar Mərkəzi və Şərqi Avropa xalqları ilə birlikdə Almaniyanın yenidən birləşməsinə və azad, vahid Avropaya zəmin yaratdılar. Bu gün də eyni şeyi demək olar: azadlıq öz-özünə gəlmir, biz onun uğrunda mübarizə aparmalıyıq – o vaxt da belə idi və bu gün də, burada və dünyada belədir”, – bəyanatda deyilir.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Zelenski ilə Tramp arasında dialoq artıq təşkil olunub: Görüşə hazırlıq başlayacaq
Öncəki yazı
Avtomobil qəzası ölümlə nəticələnib