Almaniyadan gətirilən 108000 kiloqram toyuq əti yararsız hesab edilib

87

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən  verilən məlumata görə, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük keçid məntəqəsində – “Poti və Kulevi Limanları və Poti Azad Sənaye Zonası”nda gömrük əməkdaşları tərəfindən Almaniyadan gətirilən 108 000 kiloqram dondurulmuş toyuq əti yüklənmiş 4 nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Gəlirlər Xidmətindən verilən məlumata görə, sərhəd-karantin nəzarəti prosedurlarının həyata keçirilməsi zamanı, xüsusən də fiziki baxış/ekspertiza zamanı baytarlıq mütəxəssisləri tərəfindən yüklərin daşınması zamanı ət məhsullarının əhəmiyyətli hissəsinin əriməsinə səbəb olan ciddi temperatur rejiminin pozulması faktı aşkar edilib.

Məlumatda qeyd edildiyi kimi, malların tərkibində sağlamlıq üçün yüksək risk olduğu üçün Gürcüstan qanunvericiliyinə uyğun olaraq xaricdən gətirilən dondurulmuş toyuq ətinin bütün partiyası yararsız hesab edilib.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
ABŞ prezidenti Donald Tramp İrana xəbərdarlıq edib
Öncəki yazı
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib