Another advertisement
Almaniyanın Saksoniya əyalətinin Leypsiq şəhəri yaxınlığında keçirilən musiqi festivalı zamanı “şeytan çarxı” alışıb.
QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir ki, atraksionun kabinələrindən biri yanıb, daha sonra alov ikinci kabinəyə keçib.
Verilən məlumata əsasən, hadisə nəticəsində 65 nəfər xəsarət alıb, onlardan 16-sı xəstəxanaya yerləşdirilib.
Yanğının baş vermə səbəbləri hələ də araşdırılır.
https://youtu.be/lx_xW30-ds0?si=3w6LYncBT5lyCsUF