Another advertisement
Almaniyanın Rozenheim şəhərində 37 və 32 yaşlı Gürcüstan vətəndaşları mağazadan bahalı spirtli içkilər oğurlamaqda ittiham edilərək saxlanılıb.
QafqazTürk.com xəbər verir ki,bu barədə Alman mətbuatı məlumat yayıb.
Polisin araşdırması zamanı məlum olub ki, bu ilin oktyabrın 9-dan 17-dək sözügedən şəxslər Rozenheim şəhərinin müxtəlif ərazilərində bir neçə mağazanı qarət edib.
Məlumata əsasən, onlar sonuncu dəfə oktyabrın 17-də marketdən oğurluğa cəhd edərkən yaxalanıblar. Onlarla birlikdə daha bir 48 yaşlı ukraynalı da saxlanılıb.
Bildirilir ki, sözügedən şəxslər Rozenheim polisi tərəfindən cəzaçəkmə müəssisəsinə aparılıblar.