Almaniyada Gürcüstan vətəndaşı oğurluğa görə saxlanılıb

3

Almaniyada oğurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı saxlanılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.

Məlumata görə, Gürcüstan vətəndaşı ilə birlikdə Rusiya vətəndaşı da saxlanılıb. Saxlanılan şəxslər Hamburqda ətir mağazalarından birində oğurluq ediblər. Onlar ətirləri pencəklərinin daxili ciblərində gizlədiblər, lakin onların bu hərəkəti mühafizəçinin diqqətindən yayınıb və polis çağırılıb.

Hər iki şübhəli istintaq təcridxanasına aparılıb. Oğurluq faktı ilə əlaqədar cinayət işi başlandılıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Putin bu tarixdə Türkiyəyə səfər edəcək
Öncəki yazı
Telavidə yaşayış evində yanğın baş verib