Another advertisement
Almaniyanın Bremen şəhərində 40 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı həbs edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.
Onların verdiyi məlumata görə, saxlanılan şəxs 28 yaşlı kişidir və o, zərərçəkənin yaxın çevrəsindəndir.
Xatırladaq ki, qətl sentyabr ayında baş verib və hakim ötən cümə günü şübhəli şəxs barəsində həbs qərarı verib.
İstintaq davam edir.