This is a specific ad

Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkə parlamentini buraxıb

66

Another advertisement

Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkə parlamentini buraxıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

Frank-Valter Ştaynmayer dekabrın 16-da Bundestaqın Almaniya kansleri Olaf Şoltsun hökumətinə etimadsızlıq ifadə etməsindən sonra bu qərarı verib.

Almaniyada erkən parlament seçkilərinin  23 fevral 2025-ci ildə keçiriləcəyi gözlənilir.

Almaniya hökumətində böhran Almaniya kanslerinin noyabrın 6-da maliyyə naziri, “Azad Demokratlar”ın üzvü Kristian Lindneri vəzifəsindən azad etmək qərarına gəlməsindən sonra başlayıb. Bu səbəbdən “Sosial Demokratlar”, “Yaşıllar” və “Azad Demokratlar”ın daxil olduğu hakim koalisiya dağılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Marneuli bələdiyyəsinin 2025-ci il büdcəsi məlumdur
Öncəki yazı
Xalq Müdafiəçisi Levan İoseliani Azərbaycana başsağlığı verib