This is a specific ad

Almaniya polisi pendir oğurluğu ittihamı ilə işindən azad edilib

49

Another advertisement

Almaniyada polis əməkdaşı 180 kiloqram pendir oğurladığı üçün işdən qovulub.

Qafqaztürk.com xəbər verir ki, məlumata görə, patrul polis əməkdaşı pendirlə dolu yük maşınının yolda aşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı çağırışa gedib.

Hadisə yerinə gələn polis əməkdaşı yük maşınının soyuducu hissəsindən ümumi dəyəri 554 avro olan 20 kq-lıq bağlamalara yığılmış 9 ədəd zədələnməmiş çedar pendiri götürüb.

Daha sonra polis əməkdaşı məhkəmədə izahat verib ki, pendirin saxlanması şərti yol-nəqliyyat hadisəsi səbəbindən pozulub və pendirin bir hissəsini məhv olmaqdan xilas edib.ə

Məhkəmə müəyyən edib ki, bu işlə məmur hüquq-mühafizə orqanının nüfuzuna xələl gətirib, çünki oğurluğun qarşısını almaq polis əməkdaşının vəzifəsidir və pendirin dəyərinin aşağı olmasının heç bir əhəmiyyəti yoxdur.

Müvafiq olaraq, Reynland-Pfalts Məhkəməsi polis məmurunun işinə qaytarılması ilə bağlı şikayətini rədd edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Tramp Ukrayna və Gürcüstanı NATO-ya daxil etməmək üçün razılaşmanı nəzərdən keçirir
Öncəki yazı
ATƏT Parlament Assambleyası Rusiyanı öz silahlı qüvvələrini Gürcüstanın işğal olunmuş ərazilərindən çıxarmağa çağırır və…