This is a specific ad

Almaniya müxalifəti: Olaf Şolts fevralın 23-dək Vladimir Putinlə görüşməyi planlaşdırır

39

Another advertisement

Almaniya kansleri Olaf Şolts fevralın 23-də keçiriləcək parlament seçkilərindən əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ukrayna KİV-i Almaniyanın əsas müxalifət partiyası olan Xristian Demokrat İttifaqının təhlükəsizlik məsələləri üzrə sözçüsü Roderik Kiseveterin yazdığına əsasən yazır.

“Kansler Şoltsun fevralın 23-dən əvvəl Moskvaya gedəcəyi və ya Putinlə görüşəcəyinə dair işarələr artır. Ukrayna ilə bağlı nəzərdə tutulan planların həyata keçirilməsi digər məsələlərlə yanaşı, Paris Xartiyasının 10-20 il müddətinə dayandırılması deməkdir. Bu, Ukrayna əhalisinin və ya qonşularımızın bütün bunlara necə reaksiya verəcəyinin nümayişi olacaq”, – alman siyasətçi bildirib.

Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Putin arasında görüş mart ayına planlaşdırılır.

” Qoy hər kəs bu məsələ ilə bağlı öz nəticəsini çıxarsın”, – Roderik Kiseveter əlavə edib.

Onun sözlərinə görə, onlar Ukraynanın hesabına bağlanan müqavilələri qəbul etməməlidirlər.

“Biz səssiz qalmamalı və  “Normandiya sazişləri”nin Ukraynanın hesabına baş tutmasına imkan verməməliyik və  razılaşmaları qəbul etməməliyik.  Biz də öz sıralarımızda qondarma “Moskva əlaqəçiləri”ni qəbul etməməliyik!” – Almaniya müxalifət partiyasının nümayəndəsi qeyd edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Baş verən yanğın 5 uşağın həyatına son qoyub
Öncəki yazı
Avstriya kansleri istefa verib