This is a specific ad

Almaniya kansleri-Ukrayna NATO-ya üzv ola bilməz

247

Another advertisement

Almaniya kansleri Olaf Şolsun sözlərinə görə, hazırda o, Ukraynanı NATO-ya dəvət etməyin əleyhinədir və bu məsələ indi gündəmdə belə deyil.

QafqazTürk Media xəbər verir ki, siyasətçi qeyd edib ki, hazırda Vaşinqton və Vilnüs sammitlərində Ukraynanın Şimali Atlantika Alyansına qoşulma perspektivləri ilə bağlı qəbul edilmiş qərardan başqa yeni qərarlara ehtiyac yoxdur.

Şolz bu məsələ ilə bağlı “açıq mövqeyini ifadə etdiyini” və bunu dəyişməyəcəyini vurğulayıb. Eyni şey Almaniyanın “Taurus” qanadlı raketlərinin tədarükünə də aiddir.

“Müharibə şəraitində olan ölkə NATO-ya üzv ola bilməz, bunu hamı bilir və bununla bağlı heç bir fikir ayrılığı yoxdur”, – Şolts bildirib.

Onun fikrincə, indiki müharibə zamanı balanslaşdırılmış hərəkətlər etmək lazımdır ki, bu da təkcə Ukraynaya dəstək verməməli, həm də qlobal münaqişənin – xüsusən də Rusiya ilə NATO arasında baş verə biləcək münaqişənin qarşısını almalıdır.

Sonrakı yazı
Salome Zurabişvili: “Mən həbs olunacağam”
Öncəki yazı
Rustavidə evdə baş verən yanğında bir nəfər yanaraq həyatını itirib