Almaniya kansleri Olaf Şolts Maqdeburqa gələcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb.
Bu gün Almaniya kansleri Olaf Şoltsla Almaniyanın daxili işlər naziri Nensi Feser dünən axşam saatlarında avtomobilin Milad bazarına çırpıldığı Maqdeburqa səfər edəcək.
Xatırladaq ki, ötən gün axşam saatlarında Almaniyanın Maqdeburq şəhərində avtomobil Milad bazarına çırpılıb, nəticədə biri uşaq olmaqla iki nəfər ölüb. Rəsmi məlumatlara görə, 15-i ağır olmaqla, azı 60 nəfər xəsarət alıb.
Spiegel yazır ki, polis maşın sürücüsünü həbs edib. O, qonşu Bernburq şəhərindən olan həkimdir. Səudiyyə Ərəbistanında anadan olub və Almaniyaya ilk dəfə 2006-cı ildə gəlib. Nəşrin məlumatına görə, şübhəli şəxs islamçı deyil və sosial şəbəkədə sağçı “Almaniya üçün Alternativ” partiyasını dəstəklədiyini bildirib.
Hücumun motivi hələlik məlum deyil.