Almaniya kansleri – Suriyalı miqrantlar vətənlərinə qayıtmalıdırlar, yoxsa onların deportasiyası baş tutacaq

34

Almaniya kansleri Fridrix Merts bildirib ki, Almaniyada yaşayan Suriya qaçqınları vətənlərinə qayıtmalıdır, çünki ölkədə müharibə artıq başa çatıb.

QafqazTürk Media xəbər verir ki,  Mertsin sözlərinə görə, əks halda Almaniya onların deportasiyasına məcbur olacaq.

Kansler vurğulayıb ki, “artıq Suriya vətəndaşlarının Almaniyada sığınacaq axtarmaq üçün heç bir əsasları yoxdur.” Bu, ölkəni 13 illik müharibə dövründə tərk edən suriyalılar üçün nəzərdə tutulur.

“Əlbətdə ki, vətəninə qayıtmaqdan imtina edənləri biz ölkədən çıxara bilərik,” deyə Merts qeyd edib.

Xatırladaq ki, oktyabrın 30-da Dəməşqə səfəri zamanı Almaniyanın xarici işlər naziri Yohan Vadeful suriyalıların geri dönmə potensialını “çox məhdud” adlandırıb, çünki müharibə ölkənin infrastrukturuna ciddi ziyan vurub.

Merts və Vadefulun açıqlamaları Almaniyanın Xristian-Demokrat İttifaqından olan həmkarları tərəfindən tənqid olunub. Kansler əlavə edib ki, ötən ilin dekabrında Başar əl-Əsəd rejimini devirmiş Suriya prezidenti Əhməd əl-Şara  Almaniyaya dəvət olunub ki, bu məsələ birgə müzakirə edilsin.

Almaniya kanslerinin fikrincə, Suriya bütün gücünü, ilk növbədə vətəndaşlarını geri qaytarmağa yönəltməlidir və o hesab edir ki, suriyalıların əksəriyyəti vətənlərinə könüllü şəkildə qayıdacaq.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ukraynaya 1,8 milyard avrodan çox maliyyə yardımı ayrılıb – ƏTRAFLI
Öncəki yazı
Marneulidə qadınlar üçün pulsuz tibbi müayinələr keçiriləcək – ƏTRAFLI